İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirilir...

Xəbərlər

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirilir

20 iyun 2024 17:58

20 iyun 2024-cü il tarixində Şirvanşahlar Sarayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsindəAzərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Qurama Festivalının açılış mərasimi keçirilib.

Festivalın açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Türk xalqlarına məxsus ənənəvi sənət növlərindən olan qurama sənətinin qədim tarixindən bəhs edib. O bildirib ki, rəhbərlik etdiyi idarə 2020-ci ildən bəriqurama sənətinin yaşadılmasına istiqamətində fəaliyyət aparır. Şahin Seyidzadə Festivalın bu il ilk dəfə Azərbaycanda beynəlxalq səviyyədə keçirilməsinə diqqət çəkərək, layihəninbeynəlxalq formata çevirilməsi təşəbbüsünə və dəstəyinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova festivalın açılış mərasimində çıxış edərək, qurama sənətini Türk Dünyasınınhəm estetik, həm də funksional dəyərlərə malik ortaq mədəni irsi kimi qiymətləndirib. O, Türk dövlətlərində bu zərif sənətin oxşar adlarlayayılmasına diqqət çəkib: “Bu qədim tikiş texnikası Mərkəzi Asiya türk ölkələrində kurakvə ya kurok, Türkiyədə kırk-yama, Azərbaycanda qurama adlandırılır. Bu ənənəni yaşatmaq, müasir motivlərlə birləşdirib inkişaf etdirmək bizim borcumuzdur”. 

O, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən festivala Türk dövlətlərindən olan qurama ustalarının dəvət edildiyini bildirib.

“İnanıram ki, Qurama festivalı hər birinizi Türk mədəniyyətini daha artıq kəşf etməyə, öyrənməyə, qorumağa və tanıtmağa ruhlandıracaqdır”, - deyə Aktotı Raimkulovaçıxışının sonunda vurğulayıb.

Tədbirdə həmçinin, Milli Məclisin üzvü və Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini əks etdirən qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd olunmalıdır ki, 22 iyun 2024-cü il tarixinədək davam edəcək Beynəlxalq Qurama Festivalı Şuşa şəhərində yekunlaşacaqdır.

Festival çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçısənətkarların əl işlərinin nümayişi təşkil olunur.

 

 

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur