Türk Mədəniyyəti və İrsi Fondu 12 yaşını qeyd edir!

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondu 12 yaşını qeyd edir!

23 avqust 2024 14:44

Bu gün təşkilat olaraq 12 yaşımız tamam oldu. 
23 avqust 2012-ci il tarixində Bişkekdə Türk Şurasının Sammitində Türk Dövlətlərinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının dövlət başçılarının qərarı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.
Türk dünyagörüşünə görə 12 illik "muşol jas" dövrü yenilənmə simvolu deməkdir. Bu mənada, Fondumuz fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı (TDT), Türksoy, Türk Akademiyası, TürkPA, Türk İnvestisiya Fondu kimi müttəfiq Türk təşkilatları ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanmış, Türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox unikal layihələr həyata keçirmiş, Türk dünyası ölkələri arasında mövcud mədəni əlaqələri daha da möhkəmləndirmişdir. Bundan sonra da fəaliyyətimizlə bu mühüm missiyanı davam etdirərək, üfüqləri genişləndirməyə çalışacağıq və əminik ki, Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə daha çox işlərə imza atacağıq. 
Fürsətdən istifadə edərək bütün tərəfdaşlarımıza əvəzsiz dəstək və əməkdaşlıqlarına görə  bir daha onlara dərin minnətdarlığımızı bildiririk.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur