Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirilib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunda Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirilib

24 oktyabr 2024 10:25

Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 23 oktyabr 2024-cü il tarixində Fondun qərargahında Macarıstanın nüfuzlu türkoloqlarından olan və bu il 80 illiyi qeyd edilən İştvan Mandokiyə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın tanınmış türkoloqu, Macarıstan Elmlər Akademiyasının üzvü Devid Somfai Kara və Macarıstan İrs Evinin tədqiqatçısı Gergeli Agoqs İ.Mandokinin həyat və yaradıcılığı, eləcə də Kıpçak-Türk-Macar əlaqələrinə həsr olunmuş təqdimatlarla çıxış ediblər.
Tədbiri açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təşkilatın müşahidəçi dövləti olan Macarıstanın dilçilik və etnoqrafiya sahəsində tanınmış alimi İ.Mandokinin nailiyyətlərindən söz açıb, alimin ömrünün əsasən Türk xalqlarının mədəniyyətinin, dilinin və tarixinin araşdırılmasına həsr etdiyini qeyd edib. A. Raimkulova Mándokinin türkologiyanın inkişafına verdiyi töhfələr sayəsində bir körpü yaratdığını bildirərək, öz elmi əsərləri ilə macar-türk dostluğunu möhkəmləndirdiyini vurğulayıb.
Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək Türk dövlətləri ilə qarşılıqlı əlaqələrin ölkəsi üçün önəm daşıdığını vurğulayıb. Səfir Macarıstanın 2018-ci ildə Türk Dövləltəri Təşkilatına müşahidəçi qismində qatıldığını bildirib. O, Macarıstan türkoloqlarının Türk Dünyasına dair vacib araşdırmalar yürütdüyünü qeyd edib. Tamaş Yojef Torma tədbirin yüksək səviyyədə təşkil olunmasına və səmərəli əməkdaşlığa görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Türk dövlətlərinin Azərbaycan Respublikasındakı səfirləri və diplomatları, eləcə də  elmi dairələrin təmsilçiləri və ziyalılar iştirak edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur