Türk Mədəniyyəti və İrsi Fondunun petroqliflərə, tamğalara və runik işarələrə həsr edilmiş genişmiqyaslı layihəsi çərçivəsində Türk Bitiqi - qədim Türk yazısının təlimi kursu keçirilib...

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun petroqliflərə, tamğalara və runik işarələrə həsr edilmiş genişmiqyaslı layihəsi çərçivəsində Türk Bitiqi - qədim Türk yazısının təlimi kursu keçirilib

09 iyul 2024 14:43

Türk Mədəniyyəti və İrsi Fondunun petroqliflərə, tamğalara və runik işarələrə həsr edilmiş genişmiqyaslı layihəsi çərçivəsində Gəncliyə Yardım Fondunda təşkil edilən Türk Bitiqi - qədim Türk yazısının nəzəri-praktiki təlimi kursu uğurla başa çatıb. Təlim proqramı, müasir gəncliyə qədim Türk yazısının aşılanması və qədim türk irsinin qorunub saxlanılması məqsədi ilə təşkil olunub.
Təlimdə, Qazaxıstandan dəvət edilən qədim Türk yazıları üzrə tanınmış mütəxəssis Dair Kıdırgali, tədbir iştirakçılarına Türk Bitiqi haqqında ətraflı nəzəri-praktiki biliklər təqdim edib.
Kıdırqalyuli, qədim Türk yazı sisteminin öyrənilməsi üçün vacib metodikaları diqqətə çatdırıb.
Həmçinin, qədim Türk yazıları üzrə peşəkar Azərbaycanlı mütəxəssislər Sabit Coculu və Yengi Ögə təlimdə assistent qismində iştirak edərək, öz bilik və təcrübələrini paylaşıb.
Təlim proqramında, Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in İdarə Heyətinin Gənclər Təşkilatının üzvləri və qədim Türk yazısının öyrənilməsinə maraq duyan ictimaiyyətin gənc nümayəndələri iştirak etdilər.
Təlimin sonunda, iştirakçılara qədim Türk yazısının öyrənilməsi sahəsində əldə etdikləri bilik və bacarıqlara görə təşəkkürnamələr təqdim olunub. Təlimə qatılan gənclərə, Türk mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması yolunda göstərdikləri səy üçün minnətdarlıq bildirilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur