Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın tanınmış şairi, alimi Adil Cəmilin 70 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycanın tanınmış şairi, alimi Adil Cəmilin 70 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak edib

14 oktyabr 2024 17:32

Oktyabrın 9-da Bakıda tanınmış şair, ədəbiyyatşünas alim, tərcüməçi, jurnalist Adil Cəmilin 70 illik yubileyi münasibətilə dəyirmi masa təşkil olunub. 

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova yubilyarı səmimi qəlbdən təbrik edib. O, çıxışında Adil Cəmilin yalnız Azərbaycan ədəbiyyatına deyil, ümumilikdə Türk dünyasının mədəniyyətinə önəmli töhfələr verdiyini vurğuladı. “Adil Cəmil bütün ömrünü Türk dünyasının mədəniyyətinin inkişafına həsr etmişdir. Onun əsərləri milli kimliyimizin və ortaq türk mədəniyyətinin ən qiymətli incilərindəndir,” deyə Raimkulovabildirib.

Aktotı Raimkulova həmçinin, Türk Mədəniyyəti və İrsi Fondunun Adil Cəmilin böyük xidmətlərinə dəyər verdiyini vurğulayaraq, bildirib: “Fond Adil Cəmilin “Manas dastanı və türk dastançılıq ənənəsi” monoqrafiyasını, eyni zamanda Adil müəllimin tərcüməsində görkəmli qırğız yazıçısı Alıkul Osmоnovun “Zamandan zamana” adlı şeirlər kitabını nəşr edib. Bu əsərlər, Türk dünyasının zəngin irsini gələcək nəsillərə çatdırmaq üçün mühüm vasitələrdir”.

Daha  sonra Aktotı Raimkulova Adil Cəmili Türk Mədəniyyəti və İrsi Fondu adından təltif edib və yubiley münasibətilə ona hədiyyə təqdim edib.

Tədbirdə Azərbaycan ədəbi və mədəni ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Tədbir iştirakçıları Adil Cəmilin ədəbi irsinin və Türk dünyasına töhfələrinin əhəmiyyətini vurğulayaraq, onun yaradıcılığının gənc nəslinilham qaynağı olacağını qeyd ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur