Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov ilə görüşüb.
Görüşdə müasir dövrdə xalqların qarşılıqlı dioloqunun və ölkələrarası əlaqələrin gücləndirilməsində mədəniyyət amilinin rolundan söz açılıb.
Türk xalqlarının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması yönündə Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərindən bəhs olunub. Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Azərbaycanın çoxəsrlik dəyərlərinin mühafizəsi və beynəlxalq aləmdə təbliği yönündə aparılan işlər qeyd edilib.
Görüşdə tərəflər Fond ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qarşılıqlı tərəfdaşlığının, eləcə də birgə layihələrin həyata keçirilməsinin perspektivlərinə dair müzakirələrlə davam edib.