Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Yazıçılar Birliyini ziyarət edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycan Yazıçılar Birliyini ziyarət edib

02 fevral 2024 12:34

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Yazıçılar Birliyini ziyarət edərək, qurumun rəhbəri, Xalq yazıçısı Anar ilə görüşüb.

Görüşdə müasir dövrdə ortaq soy-kök, dəyərlər, folklor ətrafında birləşən Türk Dünyasında inteqrasiya proseslərinin sürətləndirilməsində ədəbiyyat amilinin mühüm rolundan söz açılıb. Türk xalqlarının mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin, yaradıcı ziyalılarının qarşılıqlı əlaqələrinin daha da gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasının önəmi vurğulanıb.

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Yazıçılar Birliyinin yüksələn xəttlə davam edən tərəfdaşlıq münasibətlərindən, beynəlxalq miqyasda mədəni mübadilələrin həyata keçirilməsi yönündə əməkdaşlığının perspektivlərindən bəhs olunub.

Görüşdə Qırğızıstanın Xalq yazıçısı, dramaturqu, dövlət və ictimai xadimi Kayratİmanaliyev iştirak edib.

Görüş Fond ilə Azərbaycan Yazıçılar Birliyi arasında gələcək birgə layihələrin gerçəkləşdirilməsinə dair fikir mübadiləsi ilə başa çatıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur