Türkiyənin paytaxtı Ankara şəhərində X Beynəlxalq Türk Dili Qurultayının açılış mərasimi keçirilib

Xəbərlər

Türkiyənin paytaxtı Ankara şəhərində X Beynəlxalq Türk Dili Qurultayının açılış mərasimi keçirilib

03 oktyabr 2024 22:02

Qurultay türk dillərinin elmi cəhətdən tədqiqini təşviq etmək məqsədilə Türk Dil Qurumu tərəfindən təşkil olunub. Tədbirin açılışında Türk Dil Qurumunun rəhbəri professor Osman Mert, Ali Qurum sədri professor Derya ÖRS və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Serdar Çam çıxış ediblər.
Tədbir Türk Dünyasının ortaq mədəni irsi olan türk dili ətrafında 21 ölkədən 200-ə yaxın elm adamını bir araya gətirib.                                                                                                                                                                        Qurultayın açılış mərasimində “2024 Türk Dilinə Xidmət Mükafatları” təqdim olunub.

Mükafatlar elmi araşdırmaları və əsərləri ilə türk dilinin həm tarixi, həm də çağdaş dövrlərdə öyrənilməsinə işıq tutan professor Andras Rona-Tas, professor Cengiz Alyılmaz, professor Robert Dankoff və professor Zeki Kaymaza, eləcə də Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi ilə Avropa türkologiyasının qabaqcıllarından olan Macarıstan Eötvös Loránd Universitetinin Türkologiya Bölməsinə (ELTE) verilib.                                                                                                       Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından Fondun aparat rəhbəri Fəxri Hacıyev və layihə rəhbəri Nuri Aksu iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur