Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti IRCICA-nı ziyarət etdi
Xəbərlər
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti IRCICA-nı ziyarət etdi
01 dekabr 2016
19:19
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva IRCICA-nı ziyarət etmişdir. RCICA-nın baş direktoru Halit Eren təşkilatın fəaliyyəti, gələcək iş və layihələri barədə G.Əfəndiyevaya məlumat vermişdir. Daha sonra H.Eren G.Əfəndiyevanı IRCICA-nın İslam tarixinə və mədəniyyətinə dair müxtəlif kitabların, kalioqrafiya əsərlərinin toplandığı zəngin kitabxanası ilə tanış etmişdir.
G.Əfəndiyeva öz növbəsində Türk dünyasına, onun tarixi və mədəni irsinə aid bir sıra kitabları, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsi və Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı kitabları IRCICA-nın kitabxanasına hədiyyə etmişdir.
Ziyarət zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və IRCICA arasında gələcək sıx əməkdaşlığa dair müxtəlif müzakirələr aparılmışdır.