BMT-nin mənzil-qərargahında “İpək yolu 2030” layihəsi üzrə simpozium keçirildi

Xəbərlər

BMT-nin mənzil-qərargahında “İpək yolu 2030” layihəsi üzrə simpozium keçirildi

28 mart 2016 12:13
Martın 28-də ABŞ-ın Nyu-York şəhərindəki BMT-nın mənzil-qərərgahında Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Azərbaycan, Qazaxstan, Qırğızıstan və Türkiyənin BMT-dəki daimi nümayəndəliklərinin təşkilatçılığı ilə “İpək yolu 2030” layihəsi üzrə simpozium keçirilmişdir. Tədbirdə BMT yanında xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva iştirak etmişdir. Yeni İpək Yolu layihəsinin Avrasiya qitəsində şərqdən qərbə- Çindən Mərkəzi Asiyaya, Xəzər regionu və Türkiyəyə qədər ticarət yollarını yenidən birləşdirməklə yanaşı, həmçinin ölkələr arasında iqtisadi, siyasi və mədəni inkişaf sahəsində böyük rola malik olması vurğulanmışdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva qeyd etmişdir ki, Tarixi İpək yolunda yerləşən Azərbaycan əsrlər boyu  ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycan Prezidenti  İlham Əliyevin ölkəmizdə tolerantlığın və mədəni, dini müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq məqsədilə yaratdığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ötən zaman ərzində Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlər həyata keçirmişdir. 2015-2016-cı dərs ilində artıq 11 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Tədbirin sonunda Türk dünyasının görkəmli alimlərinə ödüllər təqdim edilmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur