BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi
Xəbərlər
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi
24 aprel 2016
22:17
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində "Ekstremizmin qarşısını almaq üçün çoxmәdәniyyәtli (multikultural) cәmiyyәtin formalaşdırılması perspektivlәrinin tәşviqi" mövzusunda bölmә iclası keçirilib.
Beynəlxalq Türk Mәdəniyyәti vә İrsi Fondunun prezidenti Günay Әfәndiyeva rәhbәri olduğu tәşkilatın müxtәlif dinlәrә sitayiş edən türk xalqlarını birlәşdirdiyini, onların mәdәniyyәtlәrinin tәbliği ilə məşğul olduğunu bildirib. O, Fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini, türkdilli xalqların mədəni irsinin qorunması üçün təşəbbüslər həyata keçirdiklərini diqqətə çatdırıb.
Günay Əfəndiyeva qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilmәsi tәsadüfi deyil. Çünki multikulturalizm Azәrbaycan cәmiyyәtindә hәyat tәrzidir. “Azәrbaycan çoxmillətli ölkədir. Onların hamısı Azərbaycan cəmiyyətinin bir parçasıdır. Ölkəmizdə pravoslav kilsəsi, sinaqoq, alman kilsəsi, katolik məbədi var”, - deyə o bildirib.
G.Əfəndiyeva Ermәnistanın Azәrbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişə nəticəsində azərbaycanlıların Ermənistandan tamamilə çıxarıldığını, ölkəmizin 20 faiz ərazisinin işğal edildiyini, lakin buna baxmayaraq, Azərbaycanda hazırda 30 min erməninin yaşadığını iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni və tarixi abidələri dağıtdıqları halda, Bakının mərkəzində erməni kilsəsi indi də qorunub saxlanılmaqdadır. Bu, Azərbaycanın multikultural dəyərlərə verdiyi dəyərin göstəricisidir.
O bildirib ki, Azərbaycanda yaşayan xalqlar öz dillərini və mədəniyyətlərini inkişaf etdirirlər, dövlәtimizin başçısı onların nümayәndәlәri ilə mütəmadi görüşlәr keçirir.
Prezident İlham Əliyev tәrәfindәn Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını bildirən G.Əfəndiyeva artıq dünyanın bir sıra universitetlərində “Azәrbaycan multikulturalizmi” fәnninin tədris olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan multikulturalizm modelinin digər ölkələr üçün örnək olduğunu vurğulayıb.