Günay Əfəndiyeva bir sıra tanınmış rəssamlar ilə görüş keçirdi

Xəbərlər

Günay Əfəndiyeva bir sıra tanınmış rəssamlar ilə görüş keçirdi

29 dekabr 2016 21:01
G.Əfəndiyeva rəssamlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu barədə məlumat vermiş, türdilli dövlətlərin mədəniyyətinin və irsinin mühafizəsinin, tanıdılmasının Fondun əsas məqsədlərindən olduğunu bildirmişdir. G.Əfəndiyeva, eyni zamanda, Türk dünyasının incəsənət adamlarının, sənətkarların, rəssamların yaradıcılığının təşviq edilməsinin Fondun fəaliyyət istiqamətlərindən biri kimi qeyd etmişdir. Rəssamlar öz növbəsində Fondun fəaliyyətinin Türk dünyasının mədəniyyətinin qorunması və təbliğ edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Görüş çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də gələcəkdə Türk dünyasına xas rəsm əsərlərinin toplanacağı bədii sərgilərin keçirilməsinə, kitab və kataloqların nəşr edilməsinə dair maraqlı fikir mübadiləsi aparılmışdır. Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Muğam Mərkəzi tərəfindən 2017-ci il üçün hazırlanmış təqvimlər rəssamlara təqdim edilmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur