Günay Əfəndiyeva Erkan Özoral ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Erkan Özoral ilə görüşdü

22 noyabr 2016 20:13
G.Əfəndiyeva E.Özoralı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışdır. G.Əfəndiyeva Fondun fəaliyyəti, bütövlükdə Türk dünyasının birliyinə yönəlmiş layihə və tədbirləri barədə məlumatı səfirin diqqətinə çatdırmışdır. E.Özoral türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Fondun təsis edilməsinin əhəmiyyətini vurğulamışdır. Səfir Fondun həyata keçirəcəyi layihələrə dair dəstəyini ifadə edərək bildirmişdir ki, Fond ilə Türkiyə Respublikasının Bakıdakı Səfirliyi arasında uğurlu əməkdaşlığın inkişafına inanır.  Görüşdə tərəflər qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər zaman bir-birinə göstərdiyi dəstək nəinki bu iki dövlətin, ümumilikdə türkdilli dövlətlərin əməkdaşlığına töhfədir. E.Özoral Azərbaycan ilə Türkiyə arasında sıx dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən söz açmışdır. G.Əfəndiyeva öz növbəsində bu qardaşlıq münasibətlərinin bütün Türk dünyası üçün örnək olduğunu vurğulamışdır. Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Səfirlik arasında əməkdaşlığın gələcək perspektivləri qarşılıqlı müzakirə edilmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur