Günay Əfəndiyeva Halit Eren ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva Halit Eren ilə görüşdü

10 noyabr 2016 20:33
G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviq edilməsi istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat vermişdir. H.Eren Fondun fəaliyyətinin Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, Fond ilə IRCICA arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını ifadə etmişdir. Görüş zamanı G.Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasına yönəlmiş müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır. "Qarabağ: tarix və irs" mövzusunda Beynəlxalq Elmi Konfrans ilə əlaqədar Bakıda səfərdə olan H.Eren Qarabağ irsinin mühafizəsinin əhəmiyyət kəsb etdiyini bildirmişdir. Tərəflər bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini müzakirə etmişlər. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və IRCICA arasında Anlaşma memorandumunun imzalanmasına dair razılıq əldə edilmiş, əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur