Günay Əfəndiyeva "I Beynəlxalq Türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium və sərgisində iştirak etdi
Xəbərlər
Günay Əfəndiyeva "I Beynəlxalq Türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium və sərgisində iştirak etdi
03 iyun 2016
15:11
İyunun 2-də Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və Yunus Əmrə İnstitutunun birgə təkilatçılığı ilə “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium keçirilmişdir Tədbirin təşkil olunmasında məqsəd türkdilli dövlətlərdə və regionlarda naxışları tanıtmaq, uzaq yerlərdə yaşayan türk mənşəli xalqlara naxışların ortaq şəkildə istifadə olunmasını göstərməkdir. Simpozium çərçivəsində qonaqlar görkəmli xalça ustası, Xalq Rəssamı Lətif Kərimovun 110 illiyi münasibətilə onun əvvəllər nümayiş olunmamış müəllif eskizlərindən və Mübariz Əkbərovun dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Metalda həkk olunmuş gözəllik” adlı sərgiyə baxmışlar. Qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Beyvəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentdi Günay Əfəndiyeva çıxış edərək ölkəmizdə mədəniyyətə və mədəni irsə göstərilən diqqət və qayğıdan söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda sosial-iqtisadi, ictimai-siyasi sahələrlə yanaşı, mədəni və tarixi sahələr Azərbaycan Prezidenti İlham Əliyevin daima diqqət mərkəzindədir. Simpoizumun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran G.Əfəndiyeva demişdir ki, türk dünyasını birləşdirən dəyərlərin hər zaman qorunub saxlanılması və inkişaf etdirilməsi vacib əhəmiyyət daşıyır. Ortaq dil, din və mədəniyyət hər zaman türk dünyasının ayrılmaz tarixi dəyərləridir.