Günay Əfəndiyeva ilə Qırğız Respublikası Baş nazirinin müavini ilə görüş keçirildi
Xəbərlər
Günay Əfəndiyeva ilə Qırğız Respublikası Baş nazirinin müavini ilə görüş keçirildi
30 sentyabr 2016
19:50
Görüşdə G.Əfəndiyeva Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin qatıldığı Çolpon-Ata şəhərində keçirilmiş İkinci Dünya Köçəri Oyunlarının açılış mərasimdə iştirakı ilə əlaqədar məmnunluğunu ifadə etmişdir. Oyunların keçirilməsinin köçəri sivilizasiyalara xas xalq idman növlərinin, mədəniyyət və ənənələrin təşviq edilməsi, eləcə də türkdilli xalqlarının birliyinin və əməkdaşlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayan G.Əfəndiyeva tədbirin uğurlu təşkilinə görə Qırğız dövlətini və xalqını təbrik etmişdir. Q.Kudayberdiyeva Bakı Beynəlxalq Humanitar Foruma dəvət edildiyi, o cümlədən Forumun yüksək səviyyədə təşkili üçün Azərbaycan dövlətinə öz təşəkkürünü ifadə etmişdir. G.Əfəndiyeva 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən multikulturalizm ili kimi elan olunduğunu vurğulamışdır. Q.Kudayberdiyeva isə bu ilin Qırğız Respublikasında mədəniyyət və tarix ili kimi qeyd olunduğunu bildirmişdir.
G.Əfəndiyeva Fondun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini qeyd edərək Baş nazirin müavinini Fondun türkdilli xalqlara məxsus mədəniyyətin və tarixi irsin mühafizəsi və təbliği istiqamətində fəaliyyəti, o cümlədən gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumatlandırmışdır.
Q.Kudayberdiyeva Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının əhəmiyyətinə toxunaraq onun bütövlükdə Türk dünyasının birliyi və həmrəyliyi üçün töhfə olacağını bildirmişdir.
Görüş zamanı, eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri qarşılıqlı şəkildə müzakirə edilmişdir. Görüşdə tərəflərin hər birinin digərinə hədiyyələri təqdim olunmuşdur.