Günay Əfəndiyeva ilə Tuğrul Türkeş arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Tuğrul Türkeş arasında görüş keçirildi

07 oktyabr 2016 18:30

Oktyabrın 7-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Türkiyə Respublikası Baş nazirinin müavini Tuğrul Türkeş arasında görüş keçirilmişdir. Görüş zamanı G.Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsi barədə təşəbbüsün Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürüldüyünü və üzv ölkələrin dövlət başçıları tərəfindən dəstəkləndiyini qeyd edərək, qarşı tərəfi Fondun fəaliyyətinin əsas istiqamətləri, nəzərdə tutulan iş və layihələr barədə məlumatlandırmışdır. Türkiyə Respublikası Baş nazirinin müavini Tuğrul Türkeş qeyd etmişdir ki, Fondun fəaliyyəti üzv ölkə kimi Türkiyə Respublikası tərəfindən daima dəstəklənir. O, həmçinin Fondun türkdilli xalqların mədəniyyət və irsinin qorunması, araşdırılması və təşviq edilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Görüş zamanı, əməkdaşlığın gələcək perspektivləri, o cümlədən BMT Mədəniyyətlər İttifaqı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılmışdır

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur