Günay Əfəndiyeva Nabi Avcı ilə görüşdü
Xəbərlər
Günay Əfəndiyeva Nabi Avcı ilə görüşdü
Görüş zamanı G.Əfəndiyeva qeyd etmişdir ki, üzv dövlətləri Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası olan Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv dövlətlərin dövlət başçılarının dəstəyi ilə yaradılmış, Azərbaycan Respublikası Prezidentinin Sərəncəmına əsasən Fond üçün inzibati bina ayrılmışdır. G.Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açmış, həyata keçirilməsi nəzərdə tutulan gələcək işlər, o cümlədən Böyük İpək Yolu, Türk dünyasının əl sənətləri, musiqi alətləri kimi layihələri nazirin diqqətinə çatdırmışdır. G.Əfəndiyeva, eyni zamanda, mədəniyyət və turizm naziri Nabi Avcıya Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi ilə əlaqədar üzüntüsünü bildirmiş, türk milləti və dövlətinin birgə mübarizəsini demokrasiya və birlik nümunəsi kimi vurğulamışdır. Görüş zamanı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək əməkdaşlığın perspektivləri qarşılıqlı şəkildə müzakirə olunmuş, mədəniyyət və turizm naziri Nabi Avcı Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının türk dünyasının birliyi üçün əhəmiyyətini qeyd edərək Fondun layihələrinə dair dəstəyini ifadə etmişdir.