Günay Əfəndiyeva Türkiyədə 15 iyul gecəsi hadisələrinə həsr edilmiş konsertə qatıldı
Xəbərlər
Günay Əfəndiyeva Türkiyədə 15 iyul gecəsi hadisələrinə həsr edilmiş konsertə qatıldı
02 oktyabr 2016
14:19
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcı, sabiq Baş naziri Əhməd Davutoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş, çoxsaylı millət vəkilləri, eləcə də şəhid ailələri və yaxınlarının qatıldığı 15 iyul gecəsinə həsr edilmiş konsert tədbirində iştirak etmişdir.
G.Əfəndiyeva Türkiyə mətbuatına verdiyi müsahibədə 15 iyul gecəsində sülh, demokratiya və birlik mesajı kimi minlərlə insanın mübarizəsinin Türk dünyası üçün böyük əhəmiyyət daşıdığını söyləmişdir.