Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri ilə görüş keçirdi

Xəbərlər

Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri ilə görüş keçirdi

07 oktyabr 2016 18:44

7 oktyabr 2016-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz arasında görüş baş tutmuşdur. G.Əfəndiyeva Fondun məqsədlərindən bəhs edərək keçiriləcək layihələrin Türk dünyasının tarix, mədəniyyət və irsinin qorunmasına və dünyada tanıdılmasında töhfə verəcəyini qeyd etmişdir. Ö.Oğuz G.Əfəndiyevanı Milli Komissiyanın işi ilə tanış etmiş, Türk Mədəniyyəti və İrsi Fondu ilə uğurlu əməkdaşlığa inandığını ifadə etmişdir. Görüşdə ortaq əl sənətlərinin araşdırılmasını nəzərdə tutan "Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri" layihəsinin yekun mərhələsi müzakirə olunmuşdur. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlərə dair fikir mübadiləsi aparılmışdır [gallery ids="eyJ1cmwiOiJodHRwczpcL1wvaXRjaGYub3JnXC93cC1jb250ZW50XC91cGxvYWRzXC8yMDIxXC8wNlwvRnVsbFNpemVSZW5kZXIxLmpwZyIsInRpdGxlIjoiRnVsbFNpemVSZW5kZXIoMSkiLCJjYXB0aW9uIjoiIiwiYWx0IjoiIiwiZGVzY3JpcHRpb24iOiIifQ==,eyJ1cmwiOiJodHRwczpcL1wvaXRjaGYub3JnXC93cC1jb250ZW50XC91cGxvYWRzXC8yMDIxXC8wNlwvRnVsbFNpemVSZW5kZXIyLmpwZyIsInRpdGxlIjoiRnVsbFNpemVSZW5kZXIoMikiLCJjYXB0aW9uIjoiIiwiYWx0IjoiIiwiZGVzY3JpcHRpb24iOiIifQ==,eyJ1cmwiOiJodHRwczpcL1wvaXRjaGYub3JnXC93cC1jb250ZW50XC91cGxvYWRzXC8yMDIxXC8wNlwvRnVsbFNpemVSZW5kZXIxLTEuanBnIiwidGl0bGUiOiJGdWxsU2l6ZVJlbmRlcigxKSIsImNhcHRpb24iOiIiLCJhbHQiOiIiLCJkZXNjcmlwdGlvbiI6IiJ9"]

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur