II Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirildi
Xəbərlər
II Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirildi
03 sentyabr 2016
11:29
Sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərindəki “Rux-Ordo” mədəniyyət mərkəzində Mərkəzi Asiya xalqlarının köçəri irsinin qeyd edilməsi məqsədilə “Gücdə birlik, Ruhda birlik” şüarı altında İkinci Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Moldova Respublikası İcraçı Komitəsinin və Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlah iştirak etmişlər. Açılış mərasiminə bir çox dövlətlərin, diplomatik korpusların, beynəlxalq təşkilatların, o cümlədən TDƏŞ, TÜRKSOY, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təmsilçiləri qatılmışlar.
62 ölkədən 2000 atletin qatıldığı Oyunların proqramına qartal ovu, sümük atma, kök-boru və güləş, stolüstü oyunlar və s. daxil olmuşdur.