ISESCO-nın Baş Konfransının XII sessiyası keçirildi

Xəbərlər

ISESCO-nın Baş Konfransının XII sessiyası keçirildi

26 sentyabr 2015 09:16

Noyabrın 26-da Bakıda ISESCO Baş Konfransının XII Sessiyası keçirilmişdir. Konfrans çərçivəsində təşkil olunan plenar iclasda çıxışçılar İslam sivilizasiyasının gücləndirilməsi, dini tarixi abidələrin qorunması üçün birgə səylər göstərməyin vacibliyini qeyd etmişlər. Konfransda İslam sivilizasiyasının gücləndirilməsi, dini tarixi abidələrin qorunması üçün birgə səylər göstərməyin vacibliyi qeyd edilmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva plenar iclasda ISESCO-ya üzv olan Yaxın Şərq regionu dövlətlərində siyasi kataklizmlər, münaqişələr, müharibələr nəticəsində dağıdılan qədim mədəni abidələrin dağıdılmasından söz açaraq bildirmişdir ki, iqtisadi böhranın hökm sürdüyü bir vaxtda bu problemlərin həll edilməsi ayrı-ayrı dövlətlərin, o cümlədən bütün beynəlxalq təşkilatların vəzifəsidir. G.Əfəndiyeva Fondun qarşısına qoyduğu əsas məqsədlərdən birinin mədəni abidələrin qorunması, bərpası, təşviqi, həmçinin qeyri-maddi mədəni irs nümunələrinin müxtəlif proqram və layihələr vasitəsilə təbliğ edilməsi olduğunu diqqətə çatdırmışdır. G.Əfəndiyeva ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüş Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəni irsin qorunmasında böyük xidmətlər göstərdiyini vurğulamışdır Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv dövlətlərin bir-birinə tarixi dini və mədəni köklərlə bağlı olduğunu bildirən G.Əfəndiyeva qeyd etmişdir ki, bu dövlətlərlə ISESCO arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Astanada “Ənənəvi dinlər və dünya liderlərinin” konqresi, Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gələcək perspektivlər” mövzusunda, habelə terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair beynəlxalq konfranslar keçirilmişdir. 2009-cu ildə Bakı şəhəri, 2015-ci ildə Almatı şəhəri İslam Mədəniyyəti paytaxtları elan edilmişdir. Bununla yanaşı, 2018-ci ildə Naxçıvan şəhəri İslam Mədəniyyəti Paytaxtı elan olunmuşdur. [gallery ids="eyJ1cmwiOiJodHRwczpcL1wvaXRjaGYub3JnXC93cC1jb250ZW50XC91cGxvYWRzXC8yMDE1XC8wOVwvRWtyYW4tQWxpbnRpc2ktNC5qcGciLCJ0aXRsZSI6IkVrcmFuIEFsXHUwMTMxbnRcdTAxMzFzXHUwMTMxIiwiY2FwdGlvbiI6IiIsImFsdCI6IiIsImRlc2NyaXB0aW9uIjoiIn0=,eyJ1cmwiOiJodHRwczpcL1wvaXRjaGYub3JnXC93cC1jb250ZW50XC91cGxvYWRzXC8yMDE1XC8wOVwvRWtyYW4tQWxpbnRpc2ktNS5qcGciLCJ0aXRsZSI6IkVrcmFuIEFsXHUwMTMxbnRcdTAxMzFzXHUwMTMxIiwiY2FwdGlvbiI6IiIsImFsdCI6IiIsImRlc2NyaXB0aW9uIjoiIn0="]

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur