“Mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsində ümumi qanunvericilik araşdırmaları” mövzusunda ikinci seminar keçirildi

Xəbərlər

“Mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsində ümumi qanunvericilik araşdırmaları” mövzusunda ikinci seminar keçirildi

18 mart 2016 12:10

Martın 18-də Türkiyə Böyük Millət Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) mədəni irsin qorunması və inkişaf etdirilməsi ilə bağlı ortaq qanunvericiliyə dair işçi qrupun növbəti iclası keçirilmişdir. İclas çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Fond TDƏŞ-in üzv ölkələrin tarixinin və türk xalqlarına aid maddi və qeyri-maddi irsinin qorunmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına dair layihələr həyata keçirəcəkdir.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur