TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 6-cı iclası keçirildi

Xəbərlər

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 6-cı iclası keçirildi

09 iyul 2016 10:39
İyulun 9-da Türkiyə Respublikasının İstanbul şəhərində TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyaları və Komitələrinin 6-cı iclası keçirilmişdir. İclasda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avcı, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Türk Şurasının, TürkPA-nın nümayəndələri, eləcə də TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının təmsilçiləri iştirak etmişlər. Tədbirdə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının ənənəvi iclasların bəşəriyyətin terrorla üzləşdiyi bir zamanda keçirilməsinin türk xalqlarının zəngin mədəniyyətinin qorunmasıda böyük rol oynağı, türkdilli dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin zəruriliyini, həmçinin bir-birlərinə dəstək verməsinin əhəmiyyətini vurğulanmışdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Fondun Türk Dünyasının tarixi-mədəni dəyərlərinin qorunması və türkdilli xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsindəki əhəmiyyətindən bəhs etmişdir. O, həmçinin təşkilatın gələcəkdə TÜRKSOY və UNESCO kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirməsinin vacibliyini söyləmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur