Əli bəy Hüseynzadənin şəxsi əşyalarından ibarət sərgi-təqdimat mərasimi keçirildi

Xəbərlər

Əli bəy Hüseynzadənin şəxsi əşyalarından ibarət sərgi-təqdimat mərasimi keçirildi

09 iyun 2017 10:10
Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalardan ibarət sərgi-təqdimat keçirilmişdir. Təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Əli bəy Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları nümayiş edilmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Əli bəy Hüseynzadənin türk dünyasının çox böyük şəxsiyyəti olduğunu qeyd edərək, onun öz əsərlərində, məqalələrində hər zaman türkçülük ideyasına üstünlük verdiyini iştirakçıların diqqətinə çatdırıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur