“Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirildi
Xəbərlər
“Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirildi
10 noyabr 2017
10:27
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən nümayəndələr iştirak etmişdir.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Sevinc Dadaşzadə çıxış edərək müasir dövrdə türkdilli xalqlarının milli təşəkkülü və onlar arasında milli birliyin zəruriliyindən bəhs edərək Fondun fəaliyyəti və gələcək layihələri haqqında məlumat vermişdir.