Günay Əfəndiyeva "Asiyanın Qəlbi – İstanbul Prosesi"nin 7-ci Nazirlər Konfransında iştirak etdi
Xəbərlər
Günay Əfəndiyeva "Asiyanın Qəlbi – İstanbul Prosesi"nin 7-ci Nazirlər Konfransında iştirak etdi
Bakıda baş tutan konfrans "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda olmuşdur. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani iştirak etmişlər. Konfransda Türkiyənin, Pakistanın, İranın xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla beynəlxalq təşkilatların rəhbərləri təmsil olunmuşlar. Konfransda terrorizmlə mübarizə sahəsində görülən işlərə toxunulmuş, terrorizmin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğu vurğulanmışdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında terrorizmi günahsız insanlara, müdafiəsiz uşaqlara qarşı yönəlmiş hədəfli və sistemli güc olan vasitə adlandırmışdır. O, həmçinin “Asiyanın Qəlbi” – İstanbul Prosesinin Fond tərəfindən dəstəkləndiyini və bu istiqamətdə təşkilatın əməkdaşlığa hazır olduğunu bildirmişdir. Mədəniyyətlərarası dialoqun və mədəni müxtəlifliyin sülh üçün zəruri olduğunu, vurğulayan Fondun prezidenti “Asiyanın Qəlbi” – İstanbul Prosesinin Fond tərəfindən dəstəkləndiyini və bu istiqamətdə Fondun əməkdaşlığa hazır olduğunu bildirmişdir