Günay Əfəndiyeva Braziliyada Azərbaycanın adını daşıyan məktəbi ziyarət etdi
Xəbərlər
Günay Əfəndiyeva Braziliyada Azərbaycanın adını daşıyan məktəbi ziyarət etdi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər.
Ziyarət çərçivəsində azərbaycanlı diplomatlar qeyd edilən məktəbin şagirdləri arasında “18 oktyabr – Dövlət Müstəqilliyi Günü” mövzusunda elan edilmiş inşa müsabiqəsinin qaliblərini mükafatlandırıblar. Məktəb rəhbərliyi ilə təhsil ocağının gələcək planları müzakirə edilib.