Günay Əfəndiyeva ilə Adəm Urfa arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Adəm Urfa arasında görüş keçirildi

10 mart 2017 13:51
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin rəhbəri Adəm Urfa arasında görüş keçirilmişdir. Görüşdə Günay Əfəndiyeva beynəlxalq qurumun əsas məqsədlərindən biri türk dünyasına məxsus mədəniyyətin və irsin təşviqi olduğunu vurğulamışdır. Adəm Urfa öz növbəsində agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələrdən danışmışdır. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında əməkdaşlığa başlanılmasının mümkünlüyü diqqətə çatdırılmış, təkliflər nəzərdən keçirilmişdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur