Günay Əfəndiyeva ilə BAMF-ın prezidentinin görüşü baş tutdu
Xəbərlər
Günay Əfəndiyeva ilə BAMF-ın prezidentinin görüşü baş tutdu
08 iyun 2017
13:31
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət etmişdir. BAMF-ın prezidenti Umud Mirzəyevlə görüşən Günay Əfəndiyeva Fondun həyata keçirdiyi işlər barədə ətraflı məlumat vermişdir.
Fondun fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirən Umud Mirzəyev BAMF – ın həyata keçirdiyi çox saylı layihələr barədə məlumat vermişdir. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmışlar.