Günay Əfəndiyeva ilə Beibit İssabayev arsında görüş oldu

Xəbərlər

Günay Əfəndiyeva ilə Beibit İssabayev arsında görüş oldu

04 may 2017 13:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri arasında görüş keçirilmişdir. G.Əfəndiyeva Fond tərəfindən sözügedən ölkədə keçiriləcək layihələr barəsində söz açmışdır. Görüşdə səfir B.İssabayev türk mədəni irsinin təbliğində Qazaxıstan Respublikasının həmişə dəstək olduğunu bildirmiş, eyni diqqətin Fondun digər üzv dövlətləri tərəfindən göstərildiyinə əminliyini vurğulamışdır. Görüşdə mədəni münasibətlərin türkdilli ölkələr arasında genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur