Günay Əfəndiyeva ilə Əhməd Sami Elaydi arasında görüş baş tutdu
Xəbərlər
Günay Əfəndiyeva ilə Əhməd Sami Elaydi arasında görüş baş tutdu
16 fevral 2017
13:00
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etmişdir. Görüşdə G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfəni vurğulamışdır.
Ə.Sami öz növbəsində bildirmişdir ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir və o, bu sahədə Fond ilə Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inanır.
Görüş zamanı Ə.Sami tərəfindən G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilmişdir.