Günay Əfəndiyeva ilə Halit Eren arasında görüş keçirildi
Xəbərlər
Günay Əfəndiyeva ilə Halit Eren arasında görüş keçirildi
13 aprel 2017
12:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qurumun prezidenti Günay Əfəndiyeva və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren arasında görüş keçirilmişdir. Görüş zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında anlaşma memorandumunun imzalanmasının türk-İslam mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğ edilməsi istiqamətində töhfə olduğunu qeyd etmişdir.
Halit Eren anlaşma memorandumunun imzalanmasını yüksək qiymətləndirmiş, hər iki qurum arasında əməkdaşlıq çərçivəsində ortaq layihə və tədbirlərin həyata keçiriləcəyini bildirmişdir.