Günay Əfəndiyeva ilə Mövlud Çavuşoğlu arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Mövlud Çavuşoğlu arasında görüş keçirildi

30 noyabr 2017 12:46

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etmişdir. Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın fəaliyyəti, türk dünyasının maddi-mənəvi irsinin qorunması istiqamətində apardığı işlər haqqında məlumat vermişdir. Nazir M.Çavuşoğlu türk mədəniyyətinin qorunması, gələcək nəslə ötürülməsi istiqamətində Fondun əvəzsiz rolunu vurğulamış, buna görə hər zaman qurumun yanında olduğunu və gələcəkdə də dəstəkləyəcəyini dilə gətirmişdir. Görüşdə Günay Əfəndiyeva Mövlud Çavuşoğlunu Türkiyə Respublikasının UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etməsi münasibətilə təbrik etmiş və bu hadisənin yalnız Türkiyə üçün deyil, ümumilikdə türk dünyası üçün əhəmiyyətli olduğunu bildirmişdir. Mövlud Çavuşoğlu UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə olunmasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyini vurğulayaraq, təşəkkürünü bildirmişdir. 

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur