Günay Əfəndiyeva ilə Mustafa İsen arasında görüş keçirildi
Xəbərlər
Günay Əfəndiyeva ilə Mustafa İsen arasında görüş keçirildi
02 mart 2017
10:44
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankarada Türkiyə Respublikası Prezidenti Aparatının sabiq baş katibi, Sakaryanı təmsil edən millət vəkili Mustafa İsen ilə görüşmüşdür.
Görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi, təşviq edilməsi ilə bağlı, eyni zamanda bütövlükdə türk dünyasının həmrəyliyi naminə işlərin görülməsinə dair müzakirələr aparılmışdır. Bu istiqamətdə Bakıda, Ankarada, İstanbulda, Sakaryada, o cümlədən türkdilli ölkələrin digər şəhərlərində birgə tədbirlərin keçiriləcəyi bildirilmişdir.