Günay Əfəndiyeva ilə Saliha Dündar arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə Saliha Dündar arasında görüş keçirildi

15 fevral 2017 13:07
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva ilə “Türkiye Petrolleri A.O” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar arasında görüş keçirilmişdir. Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən söz açılmış, təşkilatın gördüyü işlərdən bəhs edilmişdir. S.Dündar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bütövlükdə türk dünyası üçün əhəmiyyətinə toxunaraq, Fond ilə uğurlu əməkdaşlığa dair inamını ifadə etmişdir. Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur