Günay Əfəndiyeva ilə Sərdar Çam arasında görüş baş tutdu
Xəbərlər
Günay Əfəndiyeva ilə Sərdar Çam arasında görüş baş tutdu
03 mart 2017
10:47
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşmüşdür. Görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrdən bəhs etmişdir. S.Çam öz növbəsində TİKA-nın fəaliyyəti, onun müxtəlif ölkələrdəki nümayəndəlikləri barədə məlumat vermiş, Fondun türk dünyasına aid tarixi-mədəni mirasın qorunması və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirmişdir.