Günay Əfəndiyeva ilə TDƏŞ-in nümayəndə heyəti arasında görüş keçirildi

Xəbərlər

Günay Əfəndiyeva ilə TDƏŞ-in nümayəndə heyəti arasında görüş keçirildi

27 aprel 2017 13:16
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının müasir İpək yolu layihəsi ilə əlaqədar Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin həyata keçirilməsindən bəhs etmiş, bu layihənin türkdilli xalqların bir-birinə yaxınlaşması, həmçinin ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunmuşdur. Türk Dünyası Qazetəcilər Federasiyasının baş direktoru Dəmir Menderes, Avrasiya Qazet, Radio və Televiziya Yayıncılar Dərnəyinin rəhbəri İsmail Kahraman rəhbərlik etdikləri qurumların fəaliyyəti haqqında məlumat vermiş, gələcəkdə Fond ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişlər.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur