Günay Əfəndiyeva ilə TÜRKPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirildi
Xəbərlər
Günay Əfəndiyeva ilə TÜRKPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirildi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə TÜRKPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirilmişdir. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin inkişafı məsələlərindən danışan G.Əfəndiyeva hər iki təşkilat tərəfindən birgə layihələri daha çox reallaşdırmağın vacibliyini qeyd etmişdir. J.Asanov TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla türkdilli qurumların BMT-nin Nizamnaməsində təsbit edilən norma və prinsiplərə uyğun fəaliyyət göstərdiyini vurğulamışdır. Baş katib, həmçinin dekabrın 8-də Bişkekdə keçiriləcək TÜRKPA-nın yeddinci plenar iclasında müzakirəsi nəzərdə tutulan məsələlərdən söz açmışdır.