Günay Əfəndiyevanın Türk Dünyası Qazetəcilər Federasiyasının baş katibi Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyevanın Türk Dünyası Qazetəcilər Federasiyasının baş katibi Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri ilə görüşdü

04 iyul 2017 13:23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Qazetəcilər Federasiyasının baş katibi Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə D.Menderes Türk Dünyası Qazetəcilər Federasiyasının fəaliyyətindən, Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülmüş işlərdən söz açmışdır. D.Menderes eyni zamanda, Türk dünyası ilə bağlı Federasiya tərəfindən planlaşdırılmış tədbirləri, barədə məlumat vermiş, onların reallaşdırılmasının əhəmiyyətindən bəhs etmişdir. G.Əfəndiyeva belə layihələrin ümumtürk mədəni irsinin mühafizəsi, təşviqi, dünyaya tanıdılması Türk dünyasının birliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Fondun Federasiya ilə əməkdaşlığa dair dəstəyini ifadə etmişdir
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur