Günay Əfəndiyevanın Türkiyənin Romadakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyevanın Türkiyənin Romadakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü

24 iyun 2017 11:22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Romadakı fövqəladə və səlahiyyətli səfiri Murat Salim Esenli ilə görüşmüşdür. Görüşdə G.Əfəndiyeva Fondun türkdilli xalqların mədəniyyəti və irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən söz açmışdır. Səfir Murat Salim Esenli Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasına aid tarixi-mədəni mirasın qorunması, təbliğ edilməsinə dair fəaliyyətini və həyata keçirilməsi nəzərdə tutulan layihələrini yüksək qiymətləndirmişdir. Görüşdə Azərbaycanın, Türkiyənin və Fonda üzv olan digər ölkələrin səfirlikləri ilə birgə türk dünyasının İtaliyada tanıdılması üçün layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur