IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" mövzusunda dəyirmi masa keçirildi
Xəbərlər
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" mövzusunda dəyirmi masa keçirildi
06 may 2017
08:27
Forum çərçivəsində “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Dusen Kaseinov, TürkPA-nın baş katibi Jandos Asanov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev, BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva və Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, UNESCO-nun eksperti Nizami Məmmədovun türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığı ilə bağlı çıxışları dinlənilmişdir.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türkdilli xalqların dünya tarixi və mədəniyyətində əhəmiyyətli rol oynadıqlarını vurğulayaraq, türkdilli xalqların dahi şəxsiyyətlərinin bəşəri nailiyyətlər qazandığını diqqətə çatdırmışdır.