“Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktik addımlar” mövzusunda beynəlxalq seminar keçirildi

Xəbərlər

“Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktik addımlar” mövzusunda beynəlxalq seminar keçirildi

20 aprel 2017 09:12
Aprelin 20-də Bakıda “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktik addımlar” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə təşkil edilən seminar 23 aprel - Dünya Kitab və Müəlliflik Gününə həsr olunmuşdur. Tədbirdə dövlət və beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iştirak etmişdir. Seminarda elektron nəşrlər, rəqəmli inqilabın çağırışları və əqli mülkiyyətlə bağlı hüquqi məsələlər müzakirə olunmuşdur.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur