"Latın Amerikası və Türk Dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirildi
Xəbərlər
"Latın Amerikası və Türk Dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirildi
28 oktyabr 2017
12:30
Okyabrın 28-də Azərbaycanın və Türkiyənin Argentinadakı səfirliklərinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Argentinanın La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının və Belqrano Universitetinin dəstəyi ilə Argentinada “Latın Amerikası və türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirilmişdir. Tədbirdə türk dünyasının zəngin mədəni və tarixi irsə sahib olduğu bildirilmiş, bu baxımdan Latın Amerikası ölkələri üçün belə bir mövzuda seminarın keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlığın önəmli olduğunu qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan Fondun prezidenti bu münaqişə nəticəsində türk dünyası mədəniyyətinin bir hissəsi olan Azərbaycanın mühüm tarixi və mədəni abidələrinin ermənilər tərəfindən dağıldığını vurğulamışdır.
Günay Əfəndiyeva Argentinanın bir sıra rəsmi şəxsləri ilə görüşərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Argentina arasında mümkün əməkdaşlıq əlaqələrini müzakirə etmişdir.