Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi

Xəbərlər

Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi

25 aprel 2017 09:36
Aprelin 25-də Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Özbəkistanın Baş nazirinin müavini Tanzila Narbayeva, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya və digər içtirakçıların qadınların ictimai fəallığı, iqtisadi və sosial həyatda iştirakı mövzularında çıxışları dinlənilmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransda çıxış etmişdir. Öz çıxışında Fondun prezidenti türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda xalq sənətkarlığının, əl sənətlərinin, tətbiqi incəsənətin, xalçaçılığın, ipəkçiliyin inkişafına, eləcə də zəngin tarixi-mədəni ənənələrin gələcək nəsillərə ötürülməsinə qadınların verdiyi töhfənin əhəmiyyətindən danışmışdır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur