Türkiyəli gənc rəssamın “Bir millət, iki dövlət!” adlı fərdi sərgisi keçirildi

Xəbərlər

Türkiyəli gənc rəssamın “Bir millət, iki dövlət!” adlı fərdi sərgisi keçirildi

20 dekabr 2017 08:47
Dekabrın 20-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində türkiyəli gənc rəssam Alp Gürhan Yalçınerin “Bir millət, iki dövlət!” adlı fərdi sərgisi keçirilmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə reallaşan sərgidə rəssamın Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə həsr etdiyi 25 əsəri nümayiş etdirilmişdir. Həmçinin sərgi ilə əlaqədar olaraq Fond tərəfindən gənc rəssamın əsərlərini əks etdirən kataloq hazırlanmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur