UNESCO-nun Baş Qərargahında təşkilatın İcraiyyə Şurasının 202-ci sessiyası baş tutdu

Xəbərlər

UNESCO-nun Baş Qərargahında təşkilatın İcraiyyə Şurasının 202-ci sessiyası baş tutdu

05 oktyabr 2017 11:56
Türkiyə Respublikası Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə səfər etmişdir. Mevlüt Çavuşoğlu UNESCO-nun Baş Qərargahında təşkilatın İcraiyyə Şurasının 202-ci sessiyasında çıxış etmişdir. O, Türkiyənin UNESCO-ya daim dəstək olacağını söyləmiş, ölkəsinin UNESCO-nun İcraiyyə Şurasında üzvlük əldə etmək üçün namizədliyini irəli sürdüyünü bildirmişdir. Səfər çərçivəsində UNESCO-nun Baş Qərargahında qurumun Baş katibi İrina Bokova ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə ilə UNESCO arasında əməkdaşlıq çərçivəsində birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışılmışdır. Həmçinin türkdilli təşkilatların fəaliyyətindən bəhs edilmiş, türk dünyası mədəni irsinin təbliğatı istiqamətində TÜRKSOY-un, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər qeyd edilmişdir. Görüş zamanı UNESCO ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumunun imzalanması perspektivləri müzakirə olunmuşdur.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur