“Yeni İpək yolu: İqtisadi və mədəni şəbəkənin qurulması” mövzusunda konfrans keçirildi

Xəbərlər

“Yeni İpək yolu: İqtisadi və mədəni şəbəkənin qurulması” mövzusunda konfrans keçirildi

20 oktyabr 2017 10:23
Roma şəhərində Türk Mədəniyyət Mərkəzi - Yunus Əmrə İnstitutunun İtaliya təmsilçiliyi, “Fondazione Ugo Spirito e Renzo De Felice” Fondu və “Eurosis Consulting” şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İpək yolu: İqtisadi və mədəni şəbəkənin qurulması” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq münasibətlər üzrə katibi Rüstəm Məmmədov tədbirin mövzusu olan İpək yolu ilə bağlı Fondun apardığı işlər və bununla əlaqədar gələcəkdə nəzərdə tutulan layihələr haqqında məlumat vermişdir. O, ümumilikdə İpək yolunun bərpasında əməkdaşlığın vacibliyini, burada mədəni mübadilənin və mədəniyyətlərarası dialoqun başlıca rol oynadığını vurğulamışdır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur