“Azərbaycan Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında" Saziş imzalandı

Xəbərlər

“Azərbaycan Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında" Saziş imzalandı

08 noyabr 2018 14:55
8 noyabrın 2018-ci il tarixində Xarici işlər naziri Elmar Məmmədyarov ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilmiş və “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Yerləşmə Ölkəsi haqqında Saziş" imzalanmışdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bilidrilib ki, görüşdə Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Fondun prezidenti G.Əfəndiyeva təşkilatın həyata keçirdiyi müxtəlif layihələr və Türk Dünyasının ümumi mədəni dəyərlərinin təbliğinə yönəldilmiş tədbirlər barədə məlumat verib. Tərəflər, həmçinin qardaş təşkilatların fəaliyyətlərini əlaqələndirmək və ümumi məqsədlərə nail olmaq üçün bir-birlərinin səylərini dəstəkləməyin zəruriliyini vurğulayıblar.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur