“Beynəlxalq Türk Dili Günü”nün müəyyən olunaraq UNESCO-ya təklif olunması ilə əlaqədar Məsləhətləşmə Toplantısı keçirildi

Xəbərlər

“Beynəlxalq Türk Dili Günü”nün müəyyən olunaraq UNESCO-ya təklif olunması ilə əlaqədar Məsləhətləşmə Toplantısı keçirildi

09 mart 2018 09:16
Martın 9-da Ankarada UNESCO Türkiye Milli Komissiyasında “Beynəlxalq Türk Dili Günü”nün təsis olunması təklifi ilə əlaqədar Məsləhətləşmə Toplantısı keçirilmişdir. Tədbirdə “Türk Dili Günü”nün müəyyən edilməsi ilə bağlı türkdilli təşkilarlar, mütəxəsisslər arasında müzakirələr aparılmışdır. Toplantıda Türk Şurası, TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, UNESCO Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Milli Komissiyalarının əməkdaşları, Türk Dili Təşkilatı, Türkiyənin Mədəniyyət və Turizm, Milli Təhsil Nazirliklərinin, Yunus Əmrə İnstitutunun nümayəndələri və tanınmış türkoloqlar iştirak etmişdirlər. Tədbir iştirakçıları görüş zamanı Türk Dünyası mirasının önəmli bir hissəsi olan türk dilinin dünya miqyasında təbliğini və “Türk Dili Günü”nün təsis edilməsi ideyasını müsbət qarşıladıqlarını bildirmişdirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ictimaiyyətlə əlaqələr üzrə katibi Fatimə Həsənova iclasda çıxış edərək türk dilinin beynəlxalq arenada ayrıca bir gün kimi qeyd olunmasının Türk Dünyası üçün daşıdığı böyük əhəmiyyətini vurğulamışdır. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk Dili Günü”nün təyin edilməsi ideyasının əsas təşəbbüskarlardan biri olduğunu və Fondun bu istiqamətdə əməkdaşlığa hazır olduğunu dilə gətirmişdir. İclasda tərəflər “Beynəlxalq Türk Dili Günü”nün təyin edilməsi üçün tarix təklifi ilə əlaqədar fikir mübadiləsi aparmışdırlar. Müzakirələr nəticəsində son qərarın üzv dövlətlərlə keçiriləcək məsləhətləşmələrdən sonra qəbul edilməsi və təklif üzrə qətnamə layihəsinin UNESCO-nun Baş Konfransının 40-cı Sessiyasına təqdim olunması razılaşdırılmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur